"Sumqayıt"la ilk oyuna hazırlıq başa çatdı
ESTAFET/ "Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı "Sumqayıt”la ilk oyunun hazırlığını başa vurub. Komanda bu gün "Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Bütün futbolçuların qatıldığı hazırlıq prosesində Ruslan Abışov fərdi məşğul olub.
Xatırladaq ki, "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” oyunu sabah saat 19:00-da başlanacaq.