AƏFM layihəsi Şəmkirdə

ESTAFET/ Şəmkir Olimpiya İdman Kompleksində “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib.


AFFA-nın və Şəmkir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin “İctimai-Siyasi və Hümanitar məsələlər şöbəsi”nin baş məsləhətçisi Davud Süleymanov, Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov və layihənin kordinatoru Kərim Ağayev iştirak edib.


Xatırladaq ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. 

Müəllif: Natiq NƏSİROV