"Keşlə"nin qış hazırlıq planı məlum oldu
ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqası təmsilçilərindən “Keşlə” klubunun qış hazırlıq planı müəyyənləşib. Paytaxt klubu təlim-məşq toplanışı iki mərhələyə bölüb.
İlkin mərhələdə komanda Bakıda hazırlaşacaq. 05.01.2019-cui il tarixdən başlayacaq mərhələ 11.01.2019-cu il tarixdə yekunlaşacaq.
İkinci mərhələdə komanda hazırlıq üçün Türkiyənin Antalya mahalına yollanacaq. Ayın 13-dən start götürəcək ümumi hazırlıq mərhələsi 26.01.2019-ci il tarixdə başa çatacaq. Türkiyə toplanışı çərçivəsində Keşlə FK 18.01.2019, 20.01.2019, 23.01.2019 və 25.01.2019-cu il tarixlərində yoxlama matçları keçirməyi planlaşdırır. Rəqiblər barədə əlavə məlumat veriləcək.