"Qəbələ"nin 19 yaşlılarından ardıcıl 8-ci qələbə

ESTAFET/ “Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Gənclər Liqasında mübarizə aparan U-19 öz meydanında “Səbail”i qəbul edib. “Qırmızı-qaralar” meydandan böyükhesablı qələbə ilə ayrılıblar – 4:1. Cari mövsümdə keçirdiyi bütün oyunlarda qalib gələn U-19 qələbə seriyasını 8-ə çatdırıb və turnir cədvəlinin 1-ci pilləsində möhkəmlənib.

U-17 isə “Neftçi”ni qəbul edib. Oyunda 1 qol vurulub. Bu top “qırmızı-qaralar”a mövsümdə 10-cu qələbəni qazandırıb. 12 matçdan sonra xal hesabını 31-ə çatdıran komandamız turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. 

Müəllif: Orxan NOVRUZOV