Emin Mahmudov əməliyyat olundu

ESTAFET/ "Neftçi”nin və milli komandamızın futbolçusu Emin Mahmudov ikitərəfli qasıq yırtığı diaqnozu ilə əməliyyat olunub. Almaniyanın Münhen şəhərindəki "Munich Airport Clinic GmbH”də baş tutan əməliyyat uğurlu keçib.

 


Qeyd edək ki, həkimlərin rəyinə görə, Emin Mahmudov iki-üç həftə sonra fərdi məşqlərə başlayacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV