GDÇ-2016: MÜBARİZƏDƏ 2 BOKSÇUMUZ QALDI
ESTAFET/ Xəbər verdiyimiz kimi, Sankt Peterburq (Rusiya) şəhərində gənclər arasında boks üzrə Dünya Çempionatı davam edir. Bu gün çempionatda 6-cı döyüş günü idi və keçirilən döyüşlərin yekununda bütün 1/4 finalçılar müəyyənləşdi. Azərbaycan çempionatda 10 çəki dərəcəsinin 9-da təmsil olunurdu. Bu gün keçirilən döyüşlərin nəticələrinə görə mübarizədə yalnız 2 boksçumuz - Sərxan Quliyev (60 kq) və Məhəmməd Abdullayev (+91 kq) qalıb.
Təmsilçilərimizin bugünkü döyüşlərini nəzərinizə çatdırırıq.
56 kq
1/32 final: Ramazan Abdullayev - Sem Qudman (Avstraliya) 0:5
60 kq
1/16 final: Sərxan Əliyev - Patrik Donovan (İrlandiya) 3:2
69 kq
1/16 final: Pərviz Quliyev - Pavlo Qula (Ukrayna) 2:3
+91 kq
1/16 final: Məhəmməd Abdullayev - Şihi Kevin (İrlandiya) 5:0
Yarımfinal üçün Sərxan Ukraynanı təmsil edən erməni Zoravor Petrosyanla, Məhəmməd isə avstraliyalı Custis Huni ilə döyüşəcək. Hər iki boksçumuz rinqə sabah çıxacaq.