AzMİU-da tələbələrlə Avropa Liqası finalı ilə bağlı görüş
ESTAFET/ UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə dekabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb.
Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Mahir Mədətovun, UEFA Avropa Liqası 2019-un səfiri Vəli Qasımovun, eləcə də 80-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.
Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.