"Sabah" 6 futbolçusu ilə vidalaşdı
ESTAFET/ "Sabah"ın qış fasilədində heyətlə bağlı islahatlara başlayıb. Komandanın baş məşqçisi Elşad Əhmədov açıqlamaısnda 6 futbolçuyla yollarını ayırdıqlarını bildirib:
"Bunlar qapıçı Aydın Bayramov, müdafiəçilər Ülvi İbazadə, Elvin Bədəlov, yarımmüdafiəçilər Vitali Kvaşukla Əlibəy Məmmmədli və hücumçu Tural Qürbətovdu. Bu futbolçularla danışaraq müqavilərinin qarşılıqlı razılıqla pozulmasını razılaşdırmışıq. Yeni futbolçu almaq planında hələ ki Rəşad Eyyubovun adını çəkə bilərik. Ancaq "Neftçi"dən gedən bu yarımmüdafiəçinin keçidini hələ reallaşdırmamışıq. Bizə hücumçuyla yanaşı, Kvaçukun göndərilməsindən sonra vinger də lazımdı. Ancaq "Neftçi"də bu mövqedə çıxış etmiş çilili İqnasio Herreranı transfer edəcəyimiz doğru deyil".
Qeyd edək ki, "Sabah"ın vidalaşdığı futbolçular arasında əsas heyət oyunçusu yalnız yeganə legioner Kvaşuk sayılırdı. Bu 25 yaşlı cinah yarımmüdafiəçisi son vaxtlar forrmadan düşdüyündən əsas heyətdə yerini itirmişdi.
Mənbə: Sport24