Səbinə Əzimova “Qətər Kuboku”nda bürünc medal qazandı

ESTAFET/ 19-23 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək ağır atletika üzrə “5-ci Beynəlxalq Qətər Kuboku” start götürüb. Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər.


Bu gün onlardan biri – Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.


Atletimiz birdən qaldırma hərəkətində 74 kq-ıam edərək bu hərəkətdə gümüş, təkanla qaldırma hərəkətində isə 92 kq-la bürünc medal qazanıb. Toplam 166 kq (74+92) nəticə ilə Səbinə Əzimova yekun sıralamada bürünc medala sahib çıxıb. 

Müəllif: Natiq NƏSİROV