Ölkə çempionatının mükafatçısı olan sərbəst güləşçilərlə görüş keçirilib

ESTAFET/ Dekabrın 19-20-də Bakı İdman Sarayında sərbəst güləş üzrə Azərbaycan çempionatı keçirilib.

Yarış başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov və müvafiq yığmamızın məşqçilər korpusu çempionatın medalçılarıyla görüşüb. Firdovsi Umudov mükafatçıları təbrik edib və müəyyən istisnalarla güləşçilərin yaxşı təsir bağışladığını söyləyib. Nizam-intizamın ən yüksək səviyyədə olmasının vacibliyini dilə gətirən vitse-prezident bütün yığma üzvlərinin bir ailə kimi bütünləşməsinin önəmini qeyd edib və güləşçilərə gələn il baş tutacaq məsul yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan çempionatında fəxri kürsüyə qalxan idmançılar millimizin hazırlıq prosesinə cəlb edilir. 

Müəllif: Natiq NƏSİROV