Ayaz Quliyev yenidən "Spartak"da

ESTAFET/ "Rostov"un əslən azərbaycanlı olan futbolçusu Ayaz Quliyev karyerasını yenidən Moskva "Spartak"ında davam etdirəcək. Rusiyanın ən titullu klubu 22 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı qarşı tərəflə razılıq əldə edib.

 

Quliyevin transferi "Spartak"a təxminən 800 min avroya başa gələcək. Bu klubun yetirməsi olan Ayaz "Rostov"a bu mövsümün əvvəlində məhz Moskva təmsilçisindən keçib.  

Müəllif: Orxan NOVRUZOV