“Keşlə” 4 futbolçusunu göndərdi

ESTAFET/ “Keşlə” futbol klubunun rəsmi saytında verilən xəbər görə, klub 4 futbolçusu ilə yollarını ayırıb.

Bu futbolçulardan Ebrima Sohna, Bahodir Nəsimov və Georgios Georgiadislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Herve Tçami ilə klub arasında müqavilənin müddəti başa çatıb və onunla müqavilə müddətinin uzadılmaması barədə qərar qəbul olunub.

“Keşlə” Premyer Liqada 14 turdan sonra 12 xalla 7-ci pillədə qərarlaşıb.
 

Müəllif: Məsim MƏSİMZADƏ