Fehmi Koç Super Liqa rekordunu yenilədi
ESTAFET/ “Antalyaspor”un 2003-cü il təvəllüdlü futbolçusu Fehmi Koç Türkiyə Super Liqasının tarixinə düşüb. 17-ci tur çərçivəsində keçirilən “Fənərbaxça” ilə ev oyununun 90+2-ci dəqiqəsində meydana buraxılan bu oyunçu Türkiyə çempionatları tarixində forma geyinən ən gənc futbolçu ünvanına sahib çıxıb.
28 avqust 2003-cü il doğumlu Fehmi Koçdan (15 il, 3 ay, 26 gün) öncə bu rekord “Adanaspor”un futbolçusu Gürhan Gürsoya məxsus idi. O da 2003-cü ildə məhz “Fənərbaxça” ilə ev oyununda, 15 il, 6 ay, 13 günlüyündə Super Liqa matçına çıxmışdı.
Xatırladaq ki, “Antalyaspor” - “Fənərbaxça” matçında hesab açılmayıb - 0:0. Antalya təmsilçisinin baş məşqçisi vaxtilə Azərbaycanda da çalışmış Bülənt Korkmazdı.