Bu dəfə görüş ADNSU-da baş tutdu

ESTAFET/ UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə növbəti görüşünü dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə və müəllim heyəti ilə görüş keçirib.


450-ə yaxın tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub. Qeyd edək ki, tədbirdə Millimizin və “Qəbələ” FK-ın futbolçusu Təmkin Xəlilzadə də iştirak edib.


Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfəolaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər iləbağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır. 

Müəllif: Orxan NOVRUZOV