Azərbaycan güləş tarixində yeni rekord
ESTAFET/ Dünya Güləş Birliyi (UWW) ilin sonunda beynəlxalq kateqoriya alan və dərəcəsini yüksəldən hakimlərin adlarını açıqlayıb.
İmtahanlardan uğurla keçən 6 hakimimiz sevindirici xəbər alıb. Belə ki, Sədi Quliyev ən yüksək kateqoriya hesab olunan I-S dərəcəsinə yüksəlib. Bununla da olimpiya kateqoriyalı hakimlərimizin sayı 4-ə çatıb. Bu da Azərbaycan güləş tarixində yeni rekorddur. Xatırladaq ki, digər I-S dərəcəli hakimlərimiz Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevdir.
Elman İsmayılovla Abdul Nuriyev I kateqoriyaya sahib çıxıb. Buna qədər milli hakim statusunda olan Əli Babayev, Həbib Nurulu və Cəlal Bahadurov isə beynəlxalq hakim statusu alaraq, III dərəcəyə yüksəliblər.