La Liga klubu baş məşqçisi ilə müqaviləni ləğv etdi
ESTAFET/ İspaniyanın "Real Sosyedad" klubunun rəsmi saytında verilən xəbərə görə, klub baş məşqçisi Asyer Qaritano ilə 2021-ci ilədək mövcud olan müqaviləni ləğv edərək yollarını ayırıb.
Hələlik onu əvəzləyəcək yeni mütəxəssis haqda məlumat verilməyib.
Qeyd edək ki, "Real Sosyedad" ispan mütəxəssislə La Liqada 17 turdan sonra 19 xalla 15-ci pillədə qərarlaşmışdı.