Azərbaycan millisinin rəqibinin kapitanı zədələnib
ESTAFET/ Slovakiya milli komandasının və İtaliyanın "Napoli" klubunun kapitanı Marek Hamşik sıradan çıxıb.
31 yaşlı yarımmüdafiəçi A Seriyasının XVIII turunda səfərdə "İnter"ə 0:1 hesabı ilə uduzduqları qarşılaşmada xəsarət alıb. Təcrübəli oyunçunun əzələsi zədələnib. Onun müalicəsinə başlanılıb və yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.
Qeyd edək ki, Slovakiya yığması Azərbaycan milli komandasının AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən biridir. Yığma bu komanda ilə 2019-cu il iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə üz-üzə gələcək.
Mənbə: Report