AƏFM layihəsi Sabirabadda

ESTAFET/ AFFA-nın və Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad Olimpiya İdman Kompleksində “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib.


Tədbirdə AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, millət vəkili Rauf Əliyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, millət vəkilləri Elçin Quliyev, İlham Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.


Xatırladaq ki, 12 ildir təşkil olunan və 25 mindən artıq uşağın yararlandığı layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, onların təqdimatında müxtəlif idman hərəkətləri izlənilib. 

Müəllif: Natiq NƏSİROV