"Qəbələ"dən üç qələbə

ESTAFET/ “Qəbələ” futbol akademiyasının komandaları 2018-ci ildə son oyunlarını keçiriblər. AFFA-nın təşkil etdiyi liqalarda mübarizə aparan qəbələlilər daha üç qələbə qazanıblar. Gənclər Liqasında çıxış edən U-19 “Sumqayıt”la səfər matçında 5 cavabsız qol vurub. 12 oyundan sonra hesabında 34 xal olan “qırmızı-qaralar” yarışın lideridir.

U-16 səfərdə “Gəncə TİM”in qapısından 4 cavabsız top keçirib. 14 matçda 43 xal toplayan “Qəbələ” 1-ci pillədə qərarlaşıb. U-14 Liqasının paytaxt zonasında mübarizə aparan komandamız “Əlincə” ilə heç-heçə edib – 2:2. 12 görüşdə 29 xal yığan “Qəbələ” qış fasiləsinə 1-ci yerdə yollanıb. 

Müəllif: Orxan NOVRUZOV