"Neftçi"nin təşkilatçılığı ilə bayram şənliyi keçirilib

ESTAFET/ "Neftçi” klubunun da təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram şənliyi keçirilib.

"ABU Arena”da baş tutan tədbirdə klub əməkdaşlarının övladları və "Neftçi” Futbol Akademiyasının aşağı yaş qrupu komandalarının üzvləri də iştirak ediblər. Müxtəlif müsabiqələrin keçirildiyi bayram şənliyində "Neftçi” PFK tərəfindən uşaqlara hədiyyələr təqdim olunub. 

Müəllif: Məsim MƏSİMZADƏ