"Sumqayıt" hazırlıqlara başladı

ESTAFET/ "Sumqayıt" klubu futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 3-cü dövrəsinin hazırlıqlarına start verib.

Komanda bu gün saat 15:00-da 2019-cu ildə ilk məşqinə çıxıb. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutan məşq prosesi təxminən 1 saat davam edib.

Qeyd edək ki, növbəti dövrəyə hazırlığın 1-ci mərhələsi yanvarın 11-dək davam edəcək. 2 günlük istirahətin ardınca isə "kimyaçılar" Türkiyənin Antalya şəhərinə yola düşəcək. 

Müəllif: Natiq NƏSİROV