Gənc sablyaçılarımız Budapeştdə keçirilən Dünya Kubokunda iştirak edib
ESTAFET/ Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində gənclər arasında sablya üzrə Dünya Kuboku yarışı keçirilib.
Turnirdə ölkəmizi Aysel Əhədova, Nərminə Cəfərova və Cavanşir Ağakişiyev təmsil edib. Qadın sablyaçıların mübarizəsində Nərminə Cəfərova qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-ni qalib başa vurmaqla pley-offa adlayıb. Cəfərova 1/64 finalda Rusiya idmançısı Anna Korolyovaya 12:15 hesabı ilə uduzub. Digər sablyaçımız Aysel Əhədova isə qrupda keçirdiyi 6 görüşdə 4-də qalib gəlib. Əhədova 1/64 finalda İtaliya təmsilçisi Klaudia Rotiliyə 3:15 hesabı ilə məğlub olub. Kişi sablyaçıların yarışında Cavanşir Ağakişiyev qrup mərhələsi çərçivəsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. Ağakişiyev 1/64 finalda Almaniya idmançısı Ralf Rommelspaçerə 12:15 hesabı ilə uduzub.