Cahangir Babayev 2-ci Avropa oyunlarında
ESTAFET/ Beynəlxalq hakim, Azərbaycan Milli Karate Federasiyasının Hakimlər komitəsinin sədri Cahangir Babayev 2019-cu ildə Belarusun paytaxtı Minskdə 2-ci Avropa oyunlarının karate yarışlarını idarə edən hakimlərdən biri olacaq.
Bu barədə Avropa Karate Federasiyası qərar verib. 2-ci Avropa oyunlarını idarə edən 22 hakimdən 20 nəfəri seçim əsasında təyin olunub.
Bu yarışın karate turniri 29-30 iyun tarixlərində keçiriləcək.