Sərbəst güləşçilər Mahaçqalada hazırlıq keçir

ESTAFET/ Sərbəst güləş yığmamız fasiləyə son qoyub. Millimiz ilk təlim-məşq toplanışını ölkə xaricində keçir. Komandamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçilər Arif Abdullayevlə Sadruddin Ayqubovun rəhbərliyi altında yanvarın 7-dən Dağıstanın paytaxtı Mahaçqalada hazırlıq prosesinə start verib.

Yerli güləşçilərlə birgə baş tutan toplanış yanvarın 20-dək davam edəcək. Turnirlərə daha yaxşı hazırlaşmaq üçün təşkil olunan təlim-məşq toplanışı başa çatdıqdan sonra yığmamız bir sıra yarışlarda iştirak edəcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV