Verlyayn "Ferrari"yə qoşuldu
ESTAFET/ Paskal Verlyayn "Ferrari" komandasına qoşulub və cari mövsümdə komandanın simulyator sürücüsü olacaq. Paskal 6 il "Mercedes" komandası ilə əməkdaşlıq edib, 2016 və 2017-ci illərdə isə Formula 1-də müvafiq olaraq "Manor" və "Sauber" komandalarında çıxış edib.
Ötən mövsüm Verlyayn "Mercedes"in simulyatoru işləyirdi, lakin ilin sonunda əməkdaşlığa son vermişdilər. Gümün edilirdi ki, Paskal "Toro Rosso" ilə müqavilə danışıqları apardığı üçün bu addımı atmışdı. Lakin sonuncular Daniil Kvyat və Aleks Elbona üstünlük veriblər. Yekunda alman pilotun "Ferrari" ilə müqavilə bağladığı söylənilsədə, Skuderiyada bu fakti rəsmən təsdiqləməyiblər.
Komandada keçən il bu vəzifədə Covinatsi və Kvyat işləsələr də, hər iki sürücü bu il müvafiq olaraq "Sauber" və "Toro Rosso"nun şərəfini qoruyacaqlar. İtalyanların isə simulyator sürücüsünə ehtiyacları var. Ehtimal olunur ki, 2019-cu ildə də komandanın simulyatorunda 2 sürücü olacaq. İkinci sürücünün kim olacağı hələlik naməlumdur.