Frits Ştuxlik "Qəbələ" üçün seminar keçdi

ESTAFET/ Bu gün AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin üzvləri “Qəbələ”nin əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb. “Qafqaz Baku City Hotel”də baş tutan tədbirdə komitənin sədri Frits Ştuxlik, üzvü Elçin Məmmədov və FIFA referisi Əliyar Ağayev iştirak ediblər.

Komitə rəhbəri komanda üçün seminar keçib. Seminar iki hissədən ibarət olub. Öncə komanda üzvləri oyun qaydalarındakı yeniliklərlə tanış olub, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları kimi bəzi qaydalar barədə ətraflı məlumatlandırılıb. Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub. 

Müəllif: Orxan NOVRUZOV