Ölkə birinciliyində daha 6 qalib məlum oldu

ESTAFET/ "Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir. 80 klubdan 612 cüdoçunun mübarizə apardığı yarışda 2-ci günün qalibləri məlum olub.

Müxtəlif çəki dərəcələrində Nigar Səhrabova (40 kq), Zeynəb Məmmədova (52 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Mətin Rzazadə (66 kq) və Ruslan Nəsirli (90 kq) respublika çempionu adına layiq görülüblər. Ölkə birinciliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub. Cüdo həvəskarları yarış barədə daha ətraflı məlumatı ippon.az saytında əldə edə bilərlər. Xatırladaq ki, yeniyetmə cüdoçuların ölkə birinciliyi yanvarın 11-i başa çatacaq. 

Müəllif: Natiq NƏSİROV