Azərbaycan cüdoçuları Avstriyada
ESTAFET/ Avstriyanın Mittersill şəhərində cüdo üzrə ənənəvi beynəlxalq təlim-məşq toplantısı keçirilir. TMT-də dünyanın 52 ölkəsinin atletləri ilə yanaşı Azərbaycan cüdoçuları da iştirak edirlər. Mittersill toplanışına bu dəfə də olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri qatıllblar.
Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenkonun başçılığı altında gündə 2 dəfə məşq edərək gələcək mötəbər yarışlara hazırlaşırlar. Beynəlxalq TMT yanvarın 15-dək davam edəcək.