"Qəbələ" Antalyaya yola düşdü

ESTAFET/ “Qəbələ” Türkiyənin Antalya şəhərinə yollanıb. “Qırmızı-qaralar” 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlığı qonşu ölkədə davam etdirəcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda yanvarın 27-dək Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. “Qəbələ” Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq.

Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. “Qırmızı-qaralar” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu “Meppen”lə üz-üzə gələcək. Rusiya təmsilçiləri ilə 2 matç keçirəcək komandamızın rəqibləri ayın 20-də “Yenisey, 4 gün sonra isə “Fakel” olacaq. Yanvarın 26-da baş tutacaq son sınaq matçında “Qəbələ” Macarıstan təmsilçisi MTK ilə görüşəcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV