RESPUBLİKA ÇEMPİONATININ QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİ

ESTAFET/ Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası Assosiasiyası (AKFA) və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə Yeniyetmə və Gənclər arasında 17-ci respublika çempionatının qalib və mükafatçıları məlum olub.


Kumite üzrə 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (-52 kq, "Vado Ryu" klubu), Rəşid Həqiqətli (-57 kq, "Qara Qaplan" klubu), Tural Yaqubov (-63 kq, "Qara Qaplan" klubu), Fərid Şahbazlı (-70 kq, Xocavənd), Məmməd Məmmədov (+70 kq, Xocavənd), eləcə də Mədinə Sadıqova (-47 kq, "Qara Qaplan" klubu), Ayla Rzazadə (-54 kq, "Qara Qaplan" klubu), Səma İmanzadə (+54 kq, "Qarabağ" klubu), kata yarışlarında isə Ceyhun İsmayılov ("Arpaçay" klubu), Emiliya Mitlinova ("Qara Qaplan" klubu) çempion olublar.


16-17 yaşlı gənclərin kumite yarışlarında Həsən ƏLiyev (-55 kq, Gəncə), Hümmət Baxşəliyev (-61 kq, "Arpaçay" klubu), Ruslan Əhmədov (-68 kq, "Mətləb" klubu), Murad Balakişiyev (-76 kq, "Dostluq" klubu), Murad Hacızadə (+76 kq, "Dostluq" klubu), qızlar arasında Fidan Teymurova (-48 kq, "Qara Qaplan" klubu), İnci Əzizova (-53 kq, MKM), Telli Əliyeva (-59 kq, Xaçmaz), Bəsti İsmayılova (+59 kq, Xırdalan) və fərdi katada Kənan Mirpənah ("Çempion" klubu) birinci olublar.


Gənclərin 18-20 yaş qrupundan Hüseyn Əliyev (-60 kq, DİN İC), Sərdar Məmmədov (-67 kq, MKM), Vüsal kamallı (-75 kq, MKM), Elman Babayev (-84 kq, "Qara Qaplan" klubu), Sərxan Quluzadə (DİN İC), qızlardan Asiya Məlikova (-50 kq, MKM), Aytac Əliyeva (-55 kq, MKM), Ramilə Məmmədova (-61 kq, "Qara Qaplan" klubu), Fəridə Əliyeva (+68 kq, MKM), kata yarışlarında Roman Heydərov və Həsən Rüstəmov (hər ikisi "Çempion" klubu) qızıl medala sahib olublar.