“Azəryol” Tbilisidən qələbə ilə dönür

ESTAFET/ Qadın həndbolçuların Azərbaycan çempionatında daha iki qarşılaşma olub. Tbilisidə keçirilən oyunlarda yerli “Olimpiya” ilə Bakının “Azəryol” komandası qarşılaşıb. Yanvarın 10-da təşkil olunan görüş 33:21 hesabı ilə Azəryolun xeyrinə başa çatıb.
Rəqiblərin bugünkü oyunu da “Azəryol”un üstünlüyü ilə yadda qalıb. Bunun məntiqi nəticəsi kimi ikinci qarşılaşmanı da Azərbaycan həndbolçuları qələbə ilə bitiriblər- 31:22.
Xatırladaq ki, razılaşmaya əsasən, Azərbaycan çempionatının 20 oyunundan 10-nu Bakıda keçirən Gürcüstanın “Olimpiya” komandasının digər görüşləri Tbilisidə təşkil olunur.
Sabah keçiriləcək Qarabağ – Gənclərbirliyi, İdman Akademiyası – Azərsu görüşləri ilə yarışın 10-cu turuna yekun vurulacaq.
Azərbaycan çempionatının 3-cü dövrəsinə isə yanvarın 24-də start veriləcək. 

Müəllif: Natiq NƏSİROV