Federasiyada hakimlər üçün iclas keçirilib

ESTAFET/ Dünən Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında hakimlər üçün iclas keçirilib.

Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və AGF-nin İdman şöbəsinin müdiri Yaqub Məmmədovun rəhbərliyi altında baş tutan tədbirin əvvəlində bu yaxınlarda beynəlxalq kateqoriya alan Cəlal Bahadurov və Əli Babayevə vəsiqələri təqdim olunub. Onlarla birgə III dərəcəyə sahib çıxan Həbib Nurulu üzrlü səbəbdən yığıncaqda iştirak etmədiyindən beynəlxalq hakim vəsiqəsini daha sonra əldə edəcək.

İclasda çıxış edən Q.Əliyev hakimlərə müxtəlif məsələlərlə bağlı irad və tövsiyələrini çatdırdıqdan sonra qarşıdan gələn zona yarışlarında və Bakı birinciliyində, eləcə də müxtəlif beynəlxalq turnirlərdə ədaləti qoruyacaq hakimlərin adlarını açıqlayıb.

Eyni zamanda referilər də bəzi təkliflər irəli sürüb və bu təkliflərin AGF rəhbərliyinə çatdırılacağı bildirilib. 

Müəllif: Natiq NƏSİROV