"Keşlə" serblərlə oynayacaq

ESTAFET/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” komandası daha bir yoxlama oyunu keçirəcək.

Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 20-də Serbiyanın Super Liqa təmsilçisi Vranje “Dinamo”su ilə qarşılaşacaq. Matçın "Riu Kaya Belek" otelinin meydançasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Keşlə” ilk yoxlama görüşündə Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib. Paytaxt təmsilçisi yanvar 23-də “Konkordiya” (Rumıniya), iki gün sonra isə “Çertanovo” (Rusiya) ilə qüvvəsini sınayacaq. 

Müəllif: Orxan NOVRUZOV