Karateçilərə növbəti seminar keçirilib

ESTAFET/ Əsas milli komandann üzvləri üçün yeni mövsümqabağı yarış qaydalarında yeniliklər və görüşlər zamanı buraxılan səhvlərin aradan qaldırılması üzərində maarifləndirici analitik seminar keçirilib.

Milli komandanın ötən il iştirak etdiyi yarışlardan hazırlanmış seminarı Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayev və Media və İctimiyyətlə İşlər katibi Sənan Məhərrəmov təqdim edib. Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və Denis Morozov komanda üzvləri ilə birgə analitik müzakirə aparıblar. Seminar boyu idmançıları maraqlandıran mübahisəli döyüş epizodları və digər məqamlara aydınlıq gətirilib.

Artıq ənənə halı alan belə maarifləndirici analitik seminarların idmançıların nəticələrinə müsbət təsir etdiyi diqqətə çatdırılıb. Olimpiadaya hazırlığın bir hissəsi kimi, bundan sonra hər yarışın ardından bu mövzularda seminarın keçirlməsi qərara alınıb.  

Müəllif: Natiq NƏSİROV