"Keşlə" ikinci yoxlama matçını keçirdi

ESTAFET/ Bu gün "Keşlə" Antalya toplanışı çərçivəsində 2-ci yoxlama matçını keçirdi. Rəqib Serbiyanın Super Liqa təmsilçisi "Dinamo"(Vranje) komandası idi.

Oyundan öncə komandalar 20 Yanvar Faciəsi qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad etdilər. Keşlə FK-nın üzvləri meydana qollarında qara sarğı ilə çıxmışdılar.

Oyun 2:0 hesabı ilə serblərin xeyrinə başa çatıb.

Xatırladaq ki, "Keşlə" ilk yoxlama matçını Özbəkistanın U23 komandası ilə keçirmiş və həmin oyun qolsuz bərabərliklə yekunlaşmışdı. 

Müəllif: Məsim MƏSİMZADƏ