YENİYETMƏLƏR ARASINDA BAKININ GÜCLÜLƏRİ MÜƏYYƏNLƏŞDİ
ESTAFET/ Azərbaycan Gimnastika Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXIII Bakı çempionatı və birinciliyi keçirilir.
Yarışların ilk günü “balacalar” (2006-2008-cı il təvəllüdlülər) yaş kateqoriyasında yer almış və hərəkətləri fərdi proqram üzrə yerinə yetirən gimnastların çıxışları ilə başlanıb. Günün sonunda isə onlar çoxnövçülük üzrə mükafatçıları müəyyən edilib. (alətsiz, ip, halqa və top). Bundan sonra yarışlara eyni yaş qrupuna, həmçinin yeniyetmələr (2004-2005-ci il təvəllüdlülər) kateqoriyasına aid olan qrup hərəkətləri komandaları qatılıb. “Balacalar” 2 (alətsiz, toplar), yeniyetmələr isə 1 (halqalar) çıxış nümayiş etdiriblər.
Nəticələrə görə 2008-ci il təvəllüdlülər arasında I yerə Nərminə Bayramova, II yerə Məryəm Hüseynova, III yerə Ayan Əliyeva, 2007-cil il təvəllüdlülər arasında I yerə Fatimə Məmmədzadə, II yerə Mədinə Dəmirova, III yerə Nuray Həsənzadə, 2006-cı il təvəllüdlülər arasında isə I yerə Zəhra Paşayeva, II yerə Fidan Yusifzadə, III yerə Kamilə Əliyeva layiq görülmüşlər.
Mənbə: dysbaku.az