Cüdoçularımız İsraildə 1 qızıl və 1 bürünc medal qazanıblar
ESTAFET/ İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə keçirilən Qran-pri turnirinin son yarış günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Qadınların mübarizəsində ölkəmizi təmsil edən İrina Kindzerska beynəlxalq turnirin qalibi adına layiq görülüb.Cüdoçumuz +78 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Tel-Əviv Qran-prisinin qızıl medalına sahib olub. Kişilər arasında 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev millimizə bürünc medal qazandırıb.
Qeyd edək ki, 53 ölkədən 373 cüdoçunun qatıldığı İsrail turnirinin üç yarış günündə Azərbaycanın 16 təmsilçisindən İbrahim Əliyev (66 kq), Murad Fətiyev (81 kq) və Uşangi Kokauri (+100 kq) 5-ci yerlə kifayətlənib, Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyankişiq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Tural Səfquliyev (90 kq), Elmar Qasımov (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) isə daha erkən məğlub olaraq, mübarizəni dayandırıb.