Fransada finalın adı bəlli oldu
ESTAFET/ Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. İlk oyun günündə “Genqam” “Monako” ilə qarşılaşıb.
Komandalar bu görüşün əsas vaxtında hərəyə 2 qola imza atıblar. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Genqam” ilk finalçı olub.
Digər finalçının adına “Strasburq” - “Bordo” matçında aydınlıq gəlib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri qələbəni və finala vəsiqəni bayram ediblər.
Beləliklə, martın 30-da keçiriləcək final matçında “Genqam” “Strasburq” ilə qarşılaşacaq.
Fransa Liqa Kuboku
Yarımfinal
29 yanvar 2019
Genqam – Monako 2:2 (penaltilər 5:4)
Strasburq – Bordo 3:2