Qadın güləşçilərimiz Fransadan üç medalla qayıdır
ESTAFET/ Fransanın Nitsa şəhərində "Qran-pri" turniri keçirilib. Qadın güləşçilərimiz üçün ilin ilk yarışı uğurlu alınıb.
10-a yaxın ölkənin idmançılarının mübarizə apardığı yarışda yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 2 qızıl və 1 bürünc medal qazanıb. Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbirə Əliyeva (76 kq) isə 3-cü yeri tutub.
Xatırladaq ki, "Qran-pri"də III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyub.