Xatirə turnirinə 3 medalla start
ESTAFET/ Fevralın 1-də Türkiyənin İstanbul şəhərində yunan-Roma güləşi üzrə Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri start götürüb.
11 ölkədən 200-ə yaxın güləşçinin mübarizə apardığı yarışa yığmamız 3 medalla start verib. Taleh Məmmədov (63 kq) gümüş, Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) isə bürünc medal qazanıb.
Bu gün həmçinin, Murad Məmmədov (60 kq), Elman Muxarov, Kamran Məmmədov, Orxan Eyvazov (hamısı 67 kq), İslam Abbasov (87 kq) və Oyan Nəzəriani (130 kq) mübarizəyə qoşulub. Murad və Oyan finala yüksəlibsə, Kamranla İslam təsəlliverici görüşə çıxacaq. Turnirə sabah yekun vurulacaq.