Gənc şpaqaçılarımız Belqradda keçirilən Dünya Kubokunda çıxış edib

ESTAFET/ Serbiyanın paytaxtı Belqrad şəhərində qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.
Şpaqaçılarımızdan Ruslan Həsənov kişilərin şəxsi yarışında qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qələbə qazanmaqla pley-offa vəsiqə qazanıb. Pley-offda Macarıstan idmançısı Nandor Zakmari üzərində 15:6 hesablı qələbə qazanan şpaqaçımız 1/64 finalda italiyalı Alessandro Ciniyə 12:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 5 görüşdən 3-nü qalib başa vuran Barat Quliyev isə pley-offda Belarus təmsilçisi İvan Baxvalaunu 15:13 hesabı ilə məğlub edib. Quliyev 1/64 finalda fransalı Teo Kollinə 9:15 hesabı ilə uduzub. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qalib ayrılan Xalid Əliyev pley-offda rusiyalı Aleksandr Sobolevə uduzub. (7:15) Şpaqaçılarımızdan Kənan Məlikzadə isə qrupda keçirdiyi 5 görüşdə məğlub olub. Şpaqaçılarımız komanda yarışında 1/16 finalda Qazaxıstan yığmasına uduzub. (43:45)
