Millimiz bir pillə gerilədi

ESTAFET/ FIFA iki aylıq fasilədən sonra milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Daha çox yerdəyişməyə məruz qalan komandalar Asiya qitəsinin təmsilçiləri olub. Buna isə səbəb ötən günlərdə başa çatan Asiya Kuboku olub. 

İran millisi yeddi pillə irəliləyib. Asiya Kubokunun qalibi Qətər isə son reytinq cədvəlinin ən çox irəliləyən komandası olub – 38. Hazırda DÇ-2022-nin ev sahibi 55-ci pillədədir. 

Millimiz isə bir pillə geriləyib. Komandamızın aktivində yenə 1206 xal olsa da, 108-ci sıraya düşmüşük. 

İlk 10-luqda isə dəyişiklik yoxdur və aşağıdakı ardıcıllaq qalıb:

1. Belçika

2. Fransa

3. Braziliya

4. Xorvatiya

5. İngiltərə

6. Portuqaliya

7. Uruqvay

8. İsveçrə

9. İspaniya

10. Danimarka

Müəllif: Orxan NOVRUZOV