Qitə çempionatında son yarış günü

ESTAFET/ Bu gün Danimarkanın Aalborq şəhərində keçirilən Yeniyetmə və Gənclərin növbəti Avropa çempionatında son yarış günüdür. Bazar günü daha 6 karateçimiz tatamiyə çıxacaq.
8-10 fevral tarixlərində çempionatın ilk günləri Roman Heydərov (21 yaşadək gənclər, kata), Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite) və Əminağa Quliyev (16-17 yaşlı gənclər, -61 kq) qızıl medala, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite) isə bürünc müakafata sahib olub. 2 günün nəticəsinə əsasən Azərbaycan karateçiləri 5-ci yeri tutur.
51 ölkədən 1092 idmançı iştirakı ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci qitə çempionatında hələki 31 dövlətin karateçiləri müxtəlif əyarlı mükafatlara sahib ola bilib.
Federasiyanın Media və İctimaiyyətlə İşlər katibliyi yarışın keçirildiyi "Gigantium" arenasından karateçilərimizin nəticələrini canlı təqdim edir.
