Dubayda Premyer Liqa turniri başlandı

ESTAFET/ Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Premyer Liqa turniri başlanıb.

Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu yarışının ilk günü Firdovsi Fərzəliyev (-67 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımova (-55 kq), həmçinin İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komanda görüşlərə qatılıblar.

86 ölkədən 737 karateçinin iştirakı ilə Dubay Premyer liqasında ilk yarış günü idmançılarımız aşağıdakı nəticələri göstəriblər:   

Kata, komanda yarışları

Azərbaycan milli komandası qrupda 3-cü yeri tutaraq, bürünc medal uğrunda təsəlliverici görüşə (bazar günü) vəsiqə qazandı.

 

Kumite

60 kq, Firdovsi Fərzəliyev

1. Covanni Martines (Venesuaela) - 1:0

2. Matkl Dasul (Belçika) - 3:1

3. Syonei Toyama (Yaponiya) - 4:0

4. Ancelo Kreçenso (İtaliya) - 0:4

Mübarizəni başa vurdu.

 

67 kq, Rafiz Həsənov

1. Tomas Cordan (İngiltərə) - 2:4

Mübarizəni başa vurdu.

 

Hümmət Baxşəliyev

1. Kamilo Velozo (Çili) - 1:0

2. Stjepan Stimaç (Xorvatiya) - əsas vaxt 0:0, hakimlərin qərarı ilə (Hantei) 5:0

3. Stefan Pokorni (Avstriya) - 4:5

Mübarizəni başa vurdu.

 

75 kq, Rafael Ağayev

1. İvan Martinaç (Xorvatiya) - 1:0

2. Andrea Minardi (İtaliya) - 4:0

3. Erman Eltemur (Türkiyə) - 2:0

1/2 final

Bəhmən Əsgri (İran) - 0:2

Təsəlliverici görüşlər. Bürünc medal uğrunda həlledici qarşılaşma (bazar günü).

Loqan Da Kosta (Fransa) -

 

50 kq, Nuranə Əliyeva

1. Əhməd Reem Səlama (Misir) - 2:8

Mübarizəni başa vurdu.

 

55 kq, İlahə Qasımova

1. Lirisman Li (Estoniya) - əsas vaxt 0:0, hakimlərin qərarı ilə (Hantei) 1:4

Mübarizəni başa vurdu.

Müəllif: Bəhruz MƏMMƏDOV