Yığmanın məşqçilər korpusu müəyyənləşib

ESTAFET/ Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Əsgər Eyvazovun köməkçiləri müəyyənləşib. 58 yaşlı mütəxəssis Əli İsmayılov və Şahin İmranovla birgə çalışacaq.
İsmayılov sabiq baş məşqçi Vaqif Şirinovun vaxtından bu komandada idi. İmranov bu vəzifədə Etibar Abdullayevi əvəzləyib.
Qeyd edək ki, Abdullayev işini Şirinovla birgə əsas yığmada davam etdirir.
