Edi Reski Dviçayo "Austrian Open 2019" turnirində çıxış edib

ESTAFET/ Avstriyanın paytaxtı Vyanada badminton üzrə "International Challenge" seriyalı "Austrian Open 2019" turniri keçirilir. Mübarizəyə 1/16 finaldan başlayan təmsilçimiz Edi Reski Dviçayo ilk görüşünü Belçika idmançısı Maksim Morelsə qarşı keçirib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində oyun 3 set davam edib. İlk seti 21:15 hesabı ilə irəlidə bitirən Edi ikinci hissədə rəqibinə 18:21 hesabı ilə uduzub. Həlledici üçüncü setin sonunda belçikalı idmançı 24:22 hesablı üstünlük qazanmaqla növbəti mərhələyə yüksəlib.

