UWW-dən olimpiya kateqoriyalı hakimimizə etimad

ESTAFET/ Yunanıstanın paytaxtı Afinada 15 yaşadək güləşçilər arasında "Acropolis Cup" keçirilir.
Fevralın 23-də startı verilən yarışa I-S dərəcəli beynəlxalq hakim Hicran Şərifov rəhbərlik edir. Dünya Güləş Birliyi (UWW) məhz həmyerlimizə bu vəzifəni həvalə edib. İki günlük turnirdə güləşin hər 3 növü üzrə mübarizə baş tutur.
Qeyd edək ki, təcrübəli referi Pekin-2008, London-2012 və Rio-2016-da hakimlik edib.
