İki şpaqaçımız mübazəni 1/4 finalda dayandırıb
ESTAFET/ Rusiyanın Pyatiqorsk şəhərində keçirilən açıq turnirdə 2005-2007 təvəllüdlü şpaqaçılar arasında mübarizə davam edib.
101 qız,73 oğlan yarışın medal və mükafatları uğrunda qüvvəsini sınayıb. Bu gün yarışan qatılan təmsilçilərimizin hər biri qrup mərhələsini adlamağı bacarıb. Nazilə Rəhimova və Alfiyə Abdinova qrupda keçirdiyi 6 görüşdən 5-də qalib gəlib. Raul Aruslanov qrupda keçirdiyi 6 görüşün haımısını qalib başa vurubsa, Orxan Həsənli qrupdan keçirdiyi 5 görüşdən 4-də qələbə qazanıb. Şpaqaçılarımız 1/32 final mərhələsini də maneəsiz adlayıb. Nazilə Rəhimova Ukrayna idmançısı Sofiya Safyanovanı 12:5 hesabı ilə məğlub edib. Alfiyə Abdinova isə Rusiyanı təmsil edən Marqarita Nasaneva üzərində 12:6 hesablı qələbə qazanıb. Raul Aruslanov Artyom Kimi (12:1), Orxan Həsənli isə Aleksandr Kimi (12:7) məğlub edib. 1/16 finalda Alfiyə Abdinova Lilan Çerçesovaya 7:12 hesabı ilə uduzub. Bu mərhələdə Əminə Çerçesova ilə qarşılaşan Nazilə Rəhimova rəqibini 12:11 hesabı ilə məğlub edib. 1/16 finalda Tiqran Torosyanı 12:7 hesabı ilə üstələyən Orxan Həsənli və Sarmat Zukayevlə görüşü 12:5 hesabı ilə məğlub edən Raul Aruslanov 1/8 finala adlayıb. Aruslanov 1/8 finalda İvan Naumenkoya 5:12 hesabı ilə uduzub. Orxan Həsənli isə Yevgeni Ptaşniklə dueldən qalib ayrılmaqla (12:7) 1/4 finala yüksəlib. Eyni nəticəyə Nazilə Rəhimova da imza atıb. Şpaqaçımız Laura Zakovaya 12:4 hesabı ilə qalib gəlib.Həm Nazilə, həm də Orxan medalın bir addımlığında məğlub olub. Nazilə Rəhimova Alana Taymazovaya (10:12), Orxan Həsənli isə Artyom Xutornoya (8:12) uduzub.