Şahin Qəhrəmanov Varşavada bürünc medala sahib olub

ESTAFET/ Polşanın paytaxtı Varşava şəhərində kişi cüdoçular arasında keçirilən Avropa açıq kubok yarışına yekun vurulub. Beynəlxalq turnirin son günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. +100 kq çəki dərəcəsində mübarizə aparan Şahin Qəhrəmanov bürünc medala sahib olub. Beləliklə Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıblar. Varşava turnirinin ilk günü Oruc Vəlizadə qızıl, İbrahim Əliyev isə gümüş medala layiq görülüb. Qeyd edək ki, Polşa turnirində 35 ölkədən 291 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq yarışda 14 cüdoçu təmsil edib. 

Müəllif: Bəhruz MƏMMƏDOV