Sərbəst güləşçilərin Yakutsk sınağı

ESTAFET/ Martın 8-dən 10-dək Saxa Respublikasının paytaxtı Yakutskda gənc sərbəst güləşçilər arasında Roman Dmitriev Memorialı keçiriləcək.

Ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında İntiqam Vəlizadə (61 kq), Vahid Əlizadə (65 kq), Əşrəf Aşurov (70 kq), Abubakr Abakarov (79 kq) və Asxab Həmzətov (92 kq) təmsil edəcək. 

Müəllif: Natiq NƏSİROV